Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir

post-img

Büdcə proqnozlarının icrası uğurla davam edir. Mən xüsusi olaraq vurğulayım ki, gəlirlərimiz cari ilin 4 ayı ərzində 13,6 milyard manat təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır.

Bu sözləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində söyləyib.

“Həm Dövlət Vergi Xidməti, həm Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoza qarşı üstələmələr var. Bu da çox müsbət bir tendensiyadır”, - deyə nazir əlavə edib.

İqtisadiyyat