NYT: "Anthropic" dünyanın ən dəyərli süni intellekt startapı olub

post-img

"The New York Times" yazır ki, "Anthropic" "OpenAI" şirkətini geridə qoyaraq dünyanın ən dəyərli süni intellekt startapı olub

İnvestisiya qoyuluşları nəzərə alınmaqla şirkətin bazar dəyəri 965 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, "OpenAI"ın son qiymətləndirilməsi 730 milyard dollara çatmışdı. "Anthropic"in dəyəri təxminən üç ay əvvəl qeydə alınmış 380 milyard dollarlıq göstərici ilə müqayisədə təxminən 2,5 dəfə artıb.

Şirkət, həmçinin özünün yeni flaqman süni intellekt modelini - "Claude Opus 4.8"-i təqdim edib. Mətbuat xidmətindən verilən məlumata görə, yeni model proqram kodlarının tərtib edilməsində (generasiyasında) əvvəlki versiyanı əhəmiyyətli dərəcədə üstələyir.

S.ELAY

XQ

İKT