Sorğu: İstifadəçilərin dörddə üçü Sİ-agentlərinə dostlarından daha çox etibar edir

post-img

Hər dörd istehlakçıdan üçü (74%-i) bəyan edib ki, onun adına alış-veriş edilərkən şəxsi süni intellekt (İA) agentinə özünün ən yaxın dostundan daha çox etibar edir. "TechRadar"ın məlumatına görə, bu barədə "Accenture" şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Sorğuda dünyanın 16 ölkəsindən 25 000-dən çox istehlakçı iştirak edib. Süni intellektdən artıq qiymətlərin müqayisəsi, danışıqların aparılması, qərarların qəbulu və hətta istifadəçilərin adından birbaşa alış-veriş edilməsi üçün istifadə olunur. Respondentlərin digər 74%-i isə kommersiya ilə bağlı tapşırıqları - əməliyyatların icrasını, müştəri şikayətlərinə baxılmasını, məhsul sifarişlərinin yenidən qurulmasını və abunəliklərin müddətinin uzadılmasını artıq Sİ-agentlərinə həvalə etməyə hazır olduqlarını bildirib.

İstehlakçıların əksəriyyəti vəziyyətə nəzarət etməyin və son sözü özündə saxlamanın tərəfdarı olduğunu bildirsə də, artıq hər üç nəfərdən biri (32%-i) ödənişdən əvvəl alış-veriş barədə yekun qərarın qəbul edilməsini süni intellektə həvalə etməyə hazırdır. Bu zaman əvvəlcədən müəyyən edilmiş parametrlər - büdcə, ticarət markasına münasibət və digər üstünlüklər nəzərə alınır. Hər on nəfərdən biri (9%-i) isə Sİ-agentlərinə heç bir təsdiq tələb olunmadan, tamamilə avtonom şəkildə tranzaksiyalar və alış-veriş etmək icazəsi verə biləcəyini qeyd edib.

Bundan başqa, sorğu iştirakçılarının 31%-i etiraf edib ki, ərzaq alınması və ya məişət malları sifarişinin yenidən nəzərdən keçirilməsi kimi aşağı riskli uğurlu sövdələşmələr onların Sİ-agentlərinə olan etibarını artıra bilər. Kompüterlər məhsul alınması ilə bağlı tapşırıqları getdikcə daha aktiv şəkildə öz üzərinə götürür, lakin insanlar hələ ki fiziki mağazalardan tam imtina etməyə tələsmirlər: təxminən üçdə bir hissə (31%) hesab edir ki, mağazaların təcrübə və təəssürat mübadiləsi məkanı kimi əhəmiyyəti gələcəkdə daha da artacaq, 30%-i isə etibarın möhkəmlənməsi üçün canlı ünsiyyətin mühüm rolunu qoruyub saxlayacağını vurğulayır. Başqa sözlə, istehlakçı satınalma prosesinin sadələşməsini istəsə də, vərdiş etdiyi ənənəvi formatlardan da imtina etmək fikrində deyil - tədqiqatın müəllifləri pərakəndə satıcılara məhz bu nəticəni çıxarmağı tövsiyə edirlər.

S.ELAY

XQ

İKT