Paralimpiya çempionu: Xalqın inamını doğrultdum

post-img

“Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov tarixi qələbəsi ilə bağlı fikirlərini bölüşüb. 

O bildirib ki, Parisə Dünya reytinqinin lideri kimi getdiyi üçün ancaq çempionluq barədə düşünüb: 

– Son yarışların hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Paralimpiya çempion­luğu da qismət oldu. Özümlə qürur duyuram, çox sevincliyəm. Azərbaycanın Paralimpiya çempionu olan ilk parataekvondoçu­su oldum. 

İdmançı dəstəyə görə xalqımıza təşəkkür edib. Vurğula­yıb ki, qarşılaşmalararası fasilədə yazılan şərhləri oxuyub. Bu şərhlər ona mənəvi güc verib. Xalqın inamını doğrultma­ğa çalışdım: 

– Yarımfinalda özbəkistanlı idmançıya qarşı ağır döyüşüm oldu. Sonuncu dəfə onu Dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım. Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi. 

Paralimpiya çempionu hazırlığında dəstək olan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Taekvondo Federasiyası­na, Milli Paralimpiya Komitəsinə və klubu “Neftçi” İK-ya minnətdarlıq edib:

– Ən böyük təşəkkür cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanı­mıza göstərdiyiniz qayğı nəticəsində bu gün Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq.

L.AZAD
XQ

İdman