Daha bir qadın güləşçimiz qızıl medal qazanıb

post-img

Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında daha bir qadın güləşçimiz uğurla çıxış edərək qızıl medal qazanıb.  

“XQ” xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində təşkil olunan yarışda Jalə Əliyeva (57 kq) böyük ustalıq nümayiş etdirərək qalib adına sahib olub. Onun komanda yoldaşı Birgül Soltanova (62 kq) isə bürünc medal alıb.  

Bununla da, qadın millimiz  2 qızıl, 1 gümüş, 2 bürünc medalla çempionatı komanda hesabında ikinci yerdə başa vurub. Sərbəst güləşçilərimizin də yarışda çıxışı başa çatıb. Pələvanlarımız ümumilikdə, 5 qızıl, 1 gümüş, 1 bürünc medalla komanda hesabında birinci yeri tutublar. 

Qeyd edək ki, bu gün həm də yunan-Roma güləşçilərimiz mübarizəyə başlayıblar. 

Yarış dekabrın 3-dək davam edəcək.

İdman