Dünya çempionatının 3-cü günündə 4 qızıl medal

post-img

Bakıda “Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında 3-cü günün yarışları başa çatıb. 

Bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl medal qazanıblar. Fərid Sadıxlı (55 kq), Azad Əliyev (82 kq) isə bürünc medala sahib olublar. 

Qeyd edək ki, bundan əvvəl qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) da dünya çempionatının qalibi olub. Onun komanda yoldaşı Birgül Soltanova (62 kq) bürünc medala layiq görülüb. Bununla da komandamızın əldə etdiyi medalların sayı, ümumilikdə 18-ə çatıb. 

Yarış dekabrın 3-dək davam edəcək.

İdman