Ombudsman Lənkəranda şəhid övladları ilə görüşüb

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Vətən müharibəsi şəhidlərinin övladları üçün Lənkəran şəhərində birgə tədbir keçirib.

Ombudsman Aparatından  verilən məlumata görə, tədbir çərçivəsində Lənkəran, Masallı, Lerik və Astarada yaşayan şəhid ailələri ilə görüş zamanı Səbinə Əliyeva onların problemlərinin həll edilməsinə, hüquqlarının müdafiəsinə hər zaman diqqətlə yanaşıldığını bildirib.

Ombudsman ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın heç vaxt unudulmayacağını, onların xatirəsinin əziz olduğunu qeyd edib.

Müvəkkil tərəfindən şəhid ailələrinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımların atılacağı qeyd olunub.

Tədbir çərçivəsində, həmçinin uşaqlar üçün mədəni proqram təşkil edilib.



Sosial həyat