3 futbol klubu cərimələnib

post-img

Premyer Liqanın X turunda qeydə alınan neqativ hallarla bağlı AFFA İntizam Komitəsi 3 kluba cərimə tətbiq edib.

Belə ki, “Turan To­vuz” 1500, “Səbail” 800, “Zirə” isə 700 ma­nat cərimə ödəməli ola­caq. Tovuz təmsilçisi “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduqlarına görə isə 800 manat cərimə edilib.

“Səbail”–“Neftçi” qarşılaşmasından sonra mey­dana kənar şəxs girdiyindən “Səbail” 800 manat ziyana düşüb. 

“Kəpəz”lə görüşündə 5 futbolçusu sarı vərəqə aldığı “Zirə” 700 manatından keçməli olacaq. 

Leyla SABİRQIZI 
XQ

İdman