Bakıda güləş seminarı

post-img

Azərbaycan Güləş Federasiyasının (AGF) təşkil etdiyi ümumrespublika seminarının növ­bəti tədbiri Bakıda keçirilib. 

140-a yaxın məşqçinin qatıldığı seminarın nəzəri hissəsində Azərbaycan Dövlət Bədən Tər­biyəsi və İdman Akademiyasının (ASAPES) baş müəllimi Mehman Nəcəfov, yunan-Roma gülə­şi üzrə U-20 milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov, sərbəst güləş üzrə U-17 milli komandanın məşqçisi Vahid Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev öz sahələri üzrə önəmli məlumatları paytaxt məşqçilərinin diqqətinə çatdırıblar.

Seminarın praktiki hissəsində Vahid Məmmə­dov, yunan-Roma güləşi üzrə U-20 milli koman­danın məşqçisi Emin Əhmədov və l-S kateqoriyalı hakim Sədi Quliyev müxtəlif güləş elementlərinin icrasını xalça üzərində əyani surətdə nümayiş et­diriblər. Sonra iştirakçılara AGF-nin sertifikatları verilib.

Leyla SABİRQIZI 
XQ

İdman