Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycanın qadın cüdoçusu 3-cü yeri tutub.
Təmsilçimiz Leyla Əliyeva (48 kq) bürünc medal uğrunda görüşdə italiyalı Françeska Milanini məğlub edib.
Qeyd edək ki, yarışda Azərbaycanı 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-dək davam edəcək.
Leyla SABİRQIZI
XQ