Avropa kubokunda boksçularımız 5 medal qazanıblar

post-img

Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokunda 1-i gümüş, 4-ü bürünc medal olmaqla 5 mükafat qa­zanıb. 

Yığma üzvlərindən Malik Həsənov (63,5 kq) final­da Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Təmsil­çimiz zədəli halda sonadək mübarizə aparsa da, ye­kunda rəqib qalib gəlib. Beləliklə, M.Həsənov Avropa kubokunu ikinci yerdə başa vurub. Komandamızın digər üzvləri Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medal qazanıblar. 

Leyla SABİRQIZI 
XQ

İdman