Daha bir şahmatçımız dünya birincisi olub

post-img

İtaliyanın Sardiniya adasında 20 yaşadək şah­matçılar arasında rapid və blits üzrə dünya birin­ciliklərində Azərbaycan şahmatçıları tarixi nəticə göstəriblər. 

Gövhər Beydul­layeva rapid üzrə dünya çempionlu­ğunu qazandıqdan sonra blits yarışında da medal əldə edib. Şahmatçımız bu dəfə bürünc medala sahib olub. Koman­damızın daha bir üzvü – Məhəmməd Muradlı isə blits üzrə dünya birinciliyində bütün rəqiblərini üstələyərək qızıl medala yiyələnib. 

Xatırladaq ki, bu, Gövhər Beydullayeva üçün ikin­ci belə böyük uğurdur. Təmsilçimiz ötən il elə həmin adada şahmatın klassik növü üzrə 20 yaşadək idman­çılar arasında qalib adını qazanıb. 

Leyla SABİRQIZI 
XQ

İdman