Millimiz finala çıxa bilmədi

post-img

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib.

Futbol millimiz Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya komandasını qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penalti ilə fərqlənib.

Bununla da aktivində 16 xal olan Avstriya final mərhələsinə çıxıb. Azərbaycan komandası 6 oyun­dan sonra 4 xalla 4-cü yerdə qərarlaşıb. 

Leyla SABİRQIZI 
XQ

İdman