Dekabrın 8-də evdən gedən Zaqatala sakini ötən gün polis əməkdaşları tərəfindən tapılıb.
Məlumatı Daxili İşlər Nazirliyi verib.
Ailəsi və yaxınları 39 yaşlı Akif Mehdiyevi axtarıb tapa bilmədiyindən ötən gün Zaqatala Rayon Polis Şöbəsinə müraciət edib. Həyata keçirilən təbirlərlə Akif Mehdiyevin Balakən rayonu ərazisində olduğu aşkarlanıb.
Qeyd edək ki, Akif Mehdiyevin əqli zəifliyi olduğundan evdən gedən zaman ailəsinin xəbəri olmayıb. O, axşam radələrində Balakəndən gətirilərək ailəsinə təhvil verilib.

