Bəzi sürücülər qaydaları bilməməkdən deyil, qaydalara əməl etməməkdən qəza törədirlər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur. 

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilir. 

Bəs sürücü diqqətsizliyi səbəbindən qəzalar necə baş verir?

Hərəkət zamanı diqqəti yolda olmayan sürücünün işıqforun qırmızı işığında avtomobil  dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.

P.ƏMİRCANOV
XQ

 

Hadisə