Pezeşkian: Qətərdə dondurulmuş 12 milyard dollardan 6 milyardı ölkəyə qayıdacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin dondurulmuş aktivləri məsələsinə münasibət bildirərkən deyib: “Hazırlanmış proqrama əsasən, Qətərdə dondurulmuş 12 milyard dollarlıq aktivlərdən 6 milyard dolları ölkəyə qayıdacaq”.

İran Prezidenti Administrasiyasının açıqlamasına görə, Pezeşkian Qum şəhərində ruhani lider Ayətullah Şabiri Zəncani ilə görüşündə ölkənin dondurulmuş aktivləri barədə danışıb: “Hazırlanmış proqrama əsasən, Qətərdə dondurulmuş 12 milyard dollarlıq aktivlərdən 6 milyard dolları ölkəyə qaytarılacaq”, - deyən Pezeşkian qalan 6 milyard dolların qaytarılması üçün lazımi işlərin görüldüyünü əlavə edib.

Prezident həmçinin qeyd edib ki, ABŞ ilə imzalanan anlaşma protokolu İran xalqı üçün bir nailiyyətdir və bu razılaşmaya uyğun olaraq İran neftinə tətbiq edilən sanksiyalar aradan qaldırılıb.

P.ƏMİRCANOV
XQ

Dünya