Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

post-img

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur.

XQ xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası 1875-ci il mayın 20-də Paris şəhərində imzalanmış “Metrik Konvensiya”ya qoşulur.

Qeyd edək ki, “Metrik Konvensiya” ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir.

Siyasət