İyunun 26-dan 28-dək Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb. Turnirdə 57 ölkədən 500 idmançı mübarizə aparıb.
Son yarış günü Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 90 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib.
Bununla da Azərbaycan yığması turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.
57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.
Qabil YUSİFOĞLU
XQ

