Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə regiondakı mövcud hadisələri müzakirə edib.
Mehr xəbər agentliyinin məlumatına görə, Əraqçi və Barro telefon danışığı aparıblar.
Danışıqlar zamanı tərəflər Tehran və Vaşinqton arasında əldə edilən razılaşmaların həyata keçirilməsi prosesini müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirləri həmçinin ABŞ və İsrailin hücumlarının dayandırılması ilə bağlı regional və beynəlxalq səviyyələrdə baş verən son hadisələri müzakirə ediblər.
P.ƏMİRCANOV
XQ

