Göyçayda kanalda batan şəxsin meyiti sudan çıxarılıb - YENİLƏNİB

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Göyçay rayonunda kanalda batan şəxsin meyiti sudan çıxarılıb.

Hadisə yerinə cəlb olunan xilasedici-dalğıcların apardıqları axtarışlar nəticəsində 1942-ci il təvəllüdlü Ağalar Şamil oğlu Osmanovun meyiti suda aşkar edilərək çıxarılıb. Meyit müvafiq prosedurlara uyğun olaraq aidiyyəti quruma təhvil verilib.

 

14:45

Göyçay rayonunda avtomobilin su kanalına düşməsi ilə bağlı axtarış-xilasetmə əməliyyatı aparılır.

Hadisə rayonun Kürdəmiş kəndi ərazisində baş verib. İlkin məlumata əsasən, içərisində bir nəfərin olduğu ehtimal edilən avtomobil su kanalına düşüb.

Məlumat daxil olduqdan dərhal sonra aidiyyəti üzrə xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Dalğıclar avtomobilin suya düşdüyü istiqamətdə axtarış işlərini fasiləsiz davam etdirirlər.

Hazırda itkin düşdüyü ehtimal edilən şəxsin tapılması istiqamətində əməliyyat davam edir. Hadisənin səbəbləri araşdırılır, nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Sosial həyat