Azərbaycanlı pauerliftinqçilər Avropa çempionatında iki rekorda imza atıblar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan pauerliftinqçiləri İrlandiyanın Limerik şəhərində keçirilən WPC/AWPC Avropa çempionatında uğurla çıxış ediblər.

XQ xəbər verir ki, AWPC (dopinq nəzarətli) versiyası üzrə mübarizə aparan Zaur Cəfərov rəqiblərini qabaqlayaraq 8-ci dəfə Avropa çempionu olub. O, uzanaraq ştanq qaldırma hərəkətində 320 kiloqram nəticə göstərərək dünya rekordunu yeniləyib və turnirin mütləq çempionu adına layiq görülüb.

Yığmanın heyətində Elmir Tarverdiyev də yerdənqoparma hərəkətində 242,5 kiloqram nəticə göstərərək Avropa rekordunu yeniləyib, qızıl medal qazanıb və mütləq çempion olub.

Üçnövçülük yarışlarında çıxış edən Orxan Fərzəliyev isə 615 kiloqram nəticə ilə yarışın gümüş medalına sahib çıxıb.

Qeyd edək ki, qitə birinciliyində 13 ölkədən 364 idmançı mübarizə aparıb.







İdman