Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 8-də polis əməkdaşları tərəfindən ölkə üzrə qeydə alınmış 25 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, axtarışda olan ümumilikdə 193 nəfər saxlanılıb. Onlardan 164-ü borclu şəxs qismində axtarışda olub və aidiyyəti qurumlara təhvil verilib.

Hesabat dövründə narkotik vasitələrlə bağlı 10 fakt qeydə alınıb, qanunsuz saxlanılan silah və sursatların aşkarlanması və götürülməsi ilə əlaqədar 14 hal müəyyən edilib.

Bundan başqa, müxtəlif cinayət əməllərini törətməkdə şübhəli bilinən 27 nəfər polis tərəfindən saxlanılıb.
 
 

Hadisə