Venera Günəş sistemində yüksək temperaturu olan planetlərdəndir. Onun səthində temperatur 480 dərəcə Selsiyə çatır. Bu da qurğuşunu əritməyə kifayət edir.
Planetin səthindəki təzyiq isə Yer okeanlarının 1 kilometr dərinliyindəki ölçüyə bərabərdir. Eyni zamanda, Veneranın atmosferi, əsasən, zəhərli sulfat turşusundan ibarətdir.
Planetin havası da qurudur. Maraqlıdır ki, orada az da olsa, su tapılıb. Alimlər bildiriblər ki, suyun tərkibində deyterium (hidrogenin izotopu) daha çoxdur. Adi suda 2 hidrogen atomu, yarı ağır suda isə 1 hidrogen və 1 deyterium atomu var. Hidrogen nüvəsində elektron bir proton, deyterium nüvəsində isə proton və neytron ətrafında fırlanır.
Əvvəllər Venera və Yerdəki 2 müxtəlif tərkibli su arasındakı nisbətin eyni olacağı düşünülürdü. Lakin elm adamları Venera atmosferində Yerdəki sudan 120 dəfə çox deyterium tapıblar. Bununla da müəyyən ediblər ki, suyun 2 versiyası arasındakı nisbət yüksəklik artdıqca dəyişir.
PÜNHAN
XQ