ChatGPT kimi müasir süni intellekt şəbəkələri bəşəriyyət üçün təhlükəsizdir. Bu qənaətə Böyük Britaniyanın Bat Universiteti və Almaniyanın Darmştadt Texniki Universitetinin alimləri gəliblər. Tədqiqatçılar “chatbotlar”ın özbaşına öyrənmə bacarığını araşdırıblar.
Araşdırmalar göstərib ki, süni intellekt şəbəkələri idarə olunan, proqnozlaşdırıla bilən və təhlükəsizdir. Alimlər müəyyən ediblər ki, süni intellektlər təlimatlara yalnız səthi şəkildə əməl edə bilir. Onlar özbaşına yeni bacarıqlar öyrənə bilmirlər. Süni intellekt yeni bacarıqlarını inkişaf etdirmək üçün aydın təlimat tələb edir.
Mütəxəssislərin fikrincə, süni intellekt şəbəkələrindən istifadə zamanı hələ də risklər var. Məsələn, belə texnologiyalar başqa məqsədlər üçün istifadə oluna bilər. Bu isə müxtəlif saxtakarlıqların yaranmasına gətirib çıxaracaq. Lakin “chatbotlar”ın mürəkkəb düşünmə üsullarını öyrənmə ehtimalı azdır.
S.ELAY
XQ