Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır

post-img

Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsinin hazırlanması məqsədilə kompleks tədqiqatlara başlanılıb.

Tədqiqatlar Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü, Bakı Dövlət Universiteti və FAO-nun dəstəyi, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Letgen Biotechnology və Bayramlı Group şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. 

Qarabağ və Dilbaz at cinslərinin genom miqyasında tədqiqinə dair genişmiqyaslı layihənin əsas məqsədi bu iki milli at cinsinin genetik irsinin qorunması, onların genom miqyasında struktur və funksional variasiyalarının identifikasiyası, marker-assosiativ seleksiya sistemlərinin qurulması və genetik resursların uzunmüddətli elmi əsaslarla qorunmasıdır. Layihənin ilkin fazasında yerli ekspertlər və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən müxtəlif atçılıq təsərrüfatlarından qan və tük nümunələri götürülmüş, fenotip qiymətləndirmə aparılmışdır. 

Götülmüş nümunələrin analizi ilə layihənin yekun hədəfləri 

• Qarabağ və Dilbaz atlarının ilk dəfə tam genomik xəritəsinin hazırlanması
• Seçmə və damazlıq işlərində marker-assisted selection (MAS) sistemlərinin tətbiqi
• Genotip-fenotip assosiasiyalarına əsaslanan seleksiya səmərəliliyinin yüksəldilməsi
• Genetik məlumatların elektron baza (genobank) formasında qorunması
• Tədqiqat nəticələrinin qlobal elmi bazalara (NCBI və s.) inteqrasiyası olaraq müəyyən edilib. 

Layihənin nəticələri ilə bağlı elmi iş və məqalələrin hazırlanaraq reytinqli elmi jurnallarda çapı, həmçinin nəticələrin mühüm genetik məlumatlar elektron verilənlər bazasında yerləşdirilməsi həyata keçiriləcək və seleksiya-damazlıq proqramları təkmilləşdiriləcəkdir. 

Qeyd edək ki, bu layihə təkcə elmi araşdırmalar baxımından deyil, həm də Qarabağ və Dilbaz atlarının genetik irsininqorunması  baxımından strateji əhəmiyyət daşıyır.









Sosial həyat