Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında olublar.
Bu barədə mətbuata muzeydən məlumat verilib. Filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı könüllülərə Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ətraflı məlumat verib. O, dövlətimizin humanitar siyasəti, milli-mənəvi sərvətlərin qorunması, təbliğ olunması üçün gördüyü işlərin, Azərbaycan xalqının yaratdığı və qoruyub saxladığı böyük mənəvi dəyərlərin zəngin mədəniyyəti ilə dünyanın marağına səbəb olmasını vurğulayıb. Yaqut Bahadurqızı gəncləri müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış edib.
Daha sonra könüllüləri maraqlandıran suallar cavablandırılıb.
XQ