Almaniyanın Nördlingen qəsəbəsində evlərin dam örtükləri “almazlar”la bəzədilib. Şəhərdəki binaların dam örtüklərinə on tonlarla “almaz” sərf edilib.
Ehtimal olunur ki, təqribən, 15 milyon il bundan əvvəl Alp dağına düşən meteorit yerə enərək dərinliyi 26 kilometr olan “Nördlingen ries” kraterini əmələ gətirib. Meteorit dağılan zaman kiçik parlaq parçaları ətrafa yayılıb. Bu gün qəsəbədə damlarda istifadə olunan “almazlar” məhz həmin meteoritin zərrəcikləridir.
Nördlingen qəsəbəsində gün işığında evlər par-par parıldayır. Bir çox turistlərin də diqqətini çəkən bu “almazlar” qəsəbənin cəlbedici və parlaq görünməsində önəmli rol oynasalar da, onlar oxşarları kimi hər hansı maddi dəyərlərə sahib deyil.
Xatırladaq ki, Nördlingen Almaniyanın Bavariya əyalətində salınmış yaşayış məntəqəsidir. Bura həm də hündür qüllələri olan kilsələri və daş döşənmiş səliqəli yolları ilə məşhurdur.
Mərkəzi hissədə qotik üslubunda tikilmiş Müqəddəs Georgi Kilsəsi yerləşir. Onun Daniel adlanan qülləsindən qəsəbəyə heyrətamiz mənzərə açılır.
Fidan SALMANOVA
XQ