Şəfəq kəndində səyyar qəbul: problemlər dinlənildi və…

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən vətəndaş yönümlü siyasət, əhalinin rifahının yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlarla müşayiət olunur. Bu çərçivədə, yerlərdə vətəndaşların müraciətlərinə operativ və obyektiv şəkildə baxılması məqsədilə keçirilən səyyar qəbullar xüsusi əhəmiyyət daşıyır.

Məhz bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəfəq kəndində səyyar qəbul keçirib.

Səyyar qəbul zamanı kənd sakinlərinin sosial, infrastruktur və məişət yönümlü müxtəlif məsələləri birbaşa dinlənildi. Sakinlər tərəfindən səsləndirilən hər bir problem və təklif diqqətlə qeydə alındı. İcra başçısı Məhərrəm Quliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıq və tövsiyələrini verdi.

Bu cür görüşlər əhalinin dövlətə olan inamını gücləndirir, vətəndaşların səsinə səs verildiyini göstərir. Eyni zamanda, yerlərdə mövcud sosial-iqtisadi vəziyyətin öyrənilməsi, prioritet ehtiyacların müəyyənləşdirilməsi və gələcək inkişaf planlarının formalaşmasında mühüm rol oynayır. 

Qeyd edək ki, səyyar qəbullar Goranboy rayonunun digər yaşayış məntəqələrində də mütəmadi olaraq davam etdiriləcək. Məqsəd isə dəyişməz olaraq qalır – vətəndaş məmnunluğu və problemlərin yerində həlli.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Goranboy rayonu















Sosial həyat