“Ən yaxşı gənc futbolçu”

post-img

21 yaşadək “Ən yaxşı gənc futbolçu” adına namizədlər müəyyənləşib. “France Football” nəşri “Kopa Trophy” mükafatını qazana biləcək oyunçuların adlarını açıqlayıb.

Qısa siyahıya Pau Kubarsi, Lamin Yamal (hər ikisi “Barselona”, İspaniya), Ayyub Buaddi (“Lill”, Fransa), Dezire Due, Joau Neveş (hər ikisi PSJ, Fransa), Estevao (“Çelsi”, İngiltərə), Din Heysen (“Real”, İspaniya), Maylz Lyuis Skelli (“Arsenal”, İngiltərə), Rodriqo Mora (“Portu”, Portuqaliya) və Kenan Yıldız (“Yuventus”, İtaliya) daxil edilib.

Qeyd edək ki, ötən il Lamin Yamal mükafata sahib çıxıb.

M.HACIXANLI
XQ

İdman