İlahiləşmiş Nimf meşədə

post-img

Məşhur fransız rəssamı Çarles Lenoirin məşhur əsərlərin­dən biri də “Meşədəki Nimf” tablosudur. Rəsmdə gördüyümüz füsunkar qadın qədim yunan mifologiyasındakı Nimfin təsviri­dir. Yaranma tarixi dəqiq olmayan tablo XlX əsrin sonlarına aid edilir. 

Rəng texnikasına görə bu əsər əl­van rəng tonlarının vəhdətindən ibarət­dir. Rəssamın arxa fonda istifadə etdiyi rəng keçidləri isə əsərə sabitlik gətirir. Rəng ahəngi ülvi hissləri dolğun ifadə edir.

Əsərin kompozisiyasına gəldikdə isə, biz öz əksini suda seyr edən gözəl bir nimf görürük. Mənzərə sanki onun bu dünyaya aid olmadığı fikrini bizə çatdı­rır. Kompozisiyada müqəddəs duyğular lirik hisslərlə əks olunub. Qızın əynində antik yunan relyeflərində rastlaşdığımız geyimlərdən birini görürük. Peplos ad­lanan bu geyim növü nimfə poetiklik və zəriflik qatıb. 

Bədən ölçüləri də əsl yunan ilahələ­rinə və ya qadınlarına xasdır. Nimflər digər yunan ilahələrindən fərqli olaraq təbiətin təcəssümü kimi təqdim edilir. Tanrılaşmış obrazı özündə sadə şəkildə əks etdirən tablo yağlı boya texnikası ilə işlənib. Hazırda şəxsi kolleksiyada saxlanılır. 

Leyla HADİ,
tələbə-jurnalist

Dünya