Azərbaycan Cənubi Asiyada səyahət və turizm sahəsində ən böyük beynəlxalq sərgidə (South Asia Travel and Tourism Exchange-SATTE) iştirak edəcək.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Sərgi gələn il fevralın 22-24-də Hindistanın Yeni Dehli şəhərində 50-dən çox ölkənin turizm təşkilatlarının iştirakı ilə keçiriləcək.
Məlumata görə, agentlik artıq nüfuzlu sərgidə iştirak üçün hazırlıqlara başlayıb.
Rizvan FİKRƏTOĞLU
XQ