Dekabrın 17-dən 18-nə keçən gecə Şuşaya yağan qar və səhər şəhəri bürüyən duman Şuşanın gözəlliyinə xüsusi çalar qatıb. Şuşada ilin bütün fəsilləri, eləcə də gözəl və bənzərsizdir.
Bugünlərdə sosial şəbəkələrdə Şuşada mövsümün ilk qarı ilə bağlı çoxlu paylaşımlar, rəy və şərhlər yer alıb. Şəbəkə izləyiciləri milli mədəniyyətimizin tacı olan bu gözəl şəhərin son üç ildə yenidən özünün azad, xoşbəxt günlərini yaşadığını xüsusi qeyd edirlər.
Dünən “Xalq qəzeti”nin Qarabağ müxbirinə zəng edərək qarın Şuşada aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə mane olub-olmadığını soruşduq. Məlumat verdi ki, şəhərdə bütün işlər öz əvvəlki axarı ilə davam edir. Müxbirimiz heyranlıqla onu da bildirdi ki, Şuşanın qışı öz gözəlliyinə görəyayından geri qalmır.
Təqdim etdi:
M.HACIXANLI
XQ