“Apple” şirkətinin simsiz qulaqcığı

post-img

“Apple” şirkəti ABŞ-da bir simsiz qulaqcığın patentini alıb. Bu qulaqcıq bu günə kimi gördüyümüz bütün qulaqlıqlar­dan fərqlidir, çünki səs sümük vasitəsilə qulağa ötürüləcək. 

Bəzi mənbələrdə deyilənlərə görə sözüge­dən qulaqcıq “AirPods 3” modeli olaraq təqdim edilə­cək. Nəticə etibarilə sim­siz qulaqcıq sahəsində yeni bir yol açılacaq. Cihazın nə zaman təqdim ediləcəyini şirkət hələ ki, açıqlamayıb.

Qeyd edək ki, sümükdən səsalma texno­logiyası xeyli müddət mövcud olsa da, bəzi səbəblərdən kütləvi istehsalı başlanmayıb. “Apple” şirkəti bu texnologiyanı fərqliliklərlə yenidən gündəmə gətirib. Cihazda 1-dən çox səs modulu olacaq ki, bu da daha keyfiyyətli və yüksək səs effekti deməkdir. Əgər layihə reallaşarsa, bu qulaqlıq vasitəsilə bütün səsləri eşidə biləcəyik. Qulaqcığın, suyun altında işləmək xüsusiyyəti də olacaq. 

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya