ABŞ-ın müdafiə naziri NATO üzrə avropalı müttəfiqləri tənqid edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu il ilk dəfə Brüsseldə NATO-nun mənzil-qərargahını ziyarət edən ABŞ-ın müdafiə naziri Pit Heqset alyansın müdafiə nazirlərinin görüşündə Avropanı “liberal idealları praktik müdafiə ehtiyaclarından üstün tutduğuna” görə tənqid edib.

Məlumatı “Euronews” yayıb. 

Müdafiə naziri cümə axşamı NATO müttəfiqlərini sərt tənqid edərək, ABŞ qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı Pentaqonun altı aylıq icmalını elan edib. Pit Heqset əlavə edib ki, icmalın nəticəsi avropalıların öz təhlükəsizlikləri üçün məsuliyyəti nə qədər tez öz üzərlərinə götürmələrindən asılı olacaq.

Müşahidəçilərin fikrincə, yoxlama getdikcə daha gözlənilməz bir tərəfdaşla qarşılaşan Avropa müttəfiqləri və Kanada üçün əsl sürpriz olub.

ABŞ rəsmiləri əvvəllər vəd etmişdilər ki, Donald Trampın Almaniya, İspaniya və İtaliya liderləri ilə münasibətlərinin soyumasından sonra Vaşinqton Avropadakı kontingentin sayını azaltsa da, avropalı liderlərlə sıx əlaqə saxlayacaq.

P.ƏMİRCANOV
XQ

Dünya