Türkiyəli nazir: Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi gətirmişik

post-img

2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi gətirmişik. Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

O xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardım haqqında sazişi təsdiqləyib. Sənədi 2023-cü il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd və meşə təsərrüfatı nazirinin müavini Əhməd Gümen imzalayıblar.

Buna əsasən, Türkiyə Azərbaycana tərkibində SAT-2 antigeni olan 250 min doza monovalent dabaq peyvəndini pulsuz verəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya