Çin alimlərinin elmi araşdırma ilə bədənin 7 üzvü olmadan insanın yaşaya bilməsini sübut etməsi sensasiyaya səbəb olub. Alimlər siyahıya sidik kisəsi, appendisit, ağciyərin 1 payı, mədə və 1 böyrəyi də daxil ediblər. Əslində isə, siyahını 80-ə çatdırmaq olar.
1. Badamcıqlar olmadan milyonlarla insan yaşayır. Bu orqan çox vaxt uşaq yaşlarından kəsilib götürülür.
2. Dalaq qan xəstəliklərində kəsilir. İnsan belə orqan olmamış kimi yaşamağına davam edir.
3. Çox qadınlarda süd vəzi, yumurtalıq, borular, uşaqlıq, kişilərdə xayalar götürülür. Amma həyat davam edir.
Həyati vacib 5 orqan var ki, onlar olmasa insan yaşamaz: ürək, beyin, ağciyər, böyrək, qaraciyər. Eləcə də dəri olmasa insan ölə bilər.
Mədəaltı vəzi də riskli orqandır, bütün orqanizmi idarə edir. Amma hazırda bu orqanı olmadan yaşayan insanlar var.
Ən vacib canlı orqanlardan biri də bağırsaq mikroflorasıdır. Daha doğrusu, orada yaşayan mikroorqanizmlərsiz heç bir canlı yaşaya bilməz.
İnsan real olaraq məcburiyyət qarşısında qalarsa gözsüz, dodaqsız, qulaqsız, dişsiz, saçsız, əlsiz, ayaqsız da yaşaya bilər. Bir sözlə, alimlər 79 orqansız yaşamağın mümkünlüyünü deyirlər.
Z.HÜSEYNLİ
XQ