Argentinada faciəli qasırğa

post-img

Argentinanın Bahia Blanca liman şəhərində güclü qasırğa baş verib. 

Qasırğa nəticəsində 13 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb. Güclü külək şəhərdə yüzlərlə ağacı və kolları, eləcə də elektrik və telefon dirəklərini aşırıb. Yol kənarındakı avtomobillərin xeyli hissəsi zədələnib. 

CNN-in məlumatına görə, baş verən hadisədən sonra ölkədə 72 sa­atlıq matəm elan olunub. Argentina hökuməti bu ağır təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması üçün fövqəladə komissiya yaradıb. Əhaliyə dəyən ziyanın ödənilməsi vəd olunur. 

XQ

Dünya