Yağıntı olmayacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dekabrın 19-da Bakıda və Abşe­ron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutu­lacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi əsəcək. Gecə 2-5°, gündüz 6-11° isti olacaq. Atmosfer təzyiqi nor­madan yüksək 770 mm civə sütunu olacaq, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlar­da gecə 10-15°, gündüz 0-5° şaxta olacaq.

Q.QASIMOV
XQ

Ekologiya