Moskvada “WRPF” versiyası üzrə keçirilən 9-cu dünya çemionatında Azərbaycanın güc idman növləri üzrə komandası uğurla çıxış edib.
Turnirdə ölkəmizi təmsil edən Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev “Deadlift” hərəkəti üzrə 40–49 yaş kateqoriyasında (dopinq testlə) 290 kiloqram çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. O, bu nəticə ilə öz kateqoriyasında 9 qat dünya çempionu adını qazanıb. Federasiyanın vitse-prezidenti Raif Süleymanov isə öz çəkisində müxtəlif hərəkətlər üzrə bütün rəqiblərinə qalib gələrək yarışı 3 qızıl medalla başa vurub.
Dünya çempionatında 29 ölkənin 4 mindən çox idmançısı gücünü sınayıb.
Leyla SABİRQIZI
XQ