Serbiyada 8 üzgüçülük medalı

post-img

Azərbaycanın üzgüçülük üzrə komandası Serbiyanın Niş şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə 8 medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından “XQ”-yə bildirilib ki, dünya çempionatı və “Pa­ris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xa­rakterli yarışda Ramil Vəlizadə 100 və 200 metr məsafələrə batterflay üsulunda üzmədə A fina­lında bütün rəqiblərini üstələyərək birinci yeri tu­tub. O, hər iki növdə turnirin rekordunu yeniləyib. O, 50 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında isə gümüş medala yiyələnib. 

Milli komandanın digər üzvü Rəşad Alquliyev 50 və 100 metr məsafələrə arxası üstə üzmədə A finalında üçüncü pillədə qərarlaşıb. Əbdürrəh­man Rüstəmov isə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə B finalında qızıl, A finalında isə gümüş medal qazanıb. 

Leyla SABİRQIZI
XQ

İdman