Badmintonçularımız 5 medal qazanıblar

post-img

Azərbaycanın yeniyetmə badmintonçuları Cənubi Kiprin paytaxtı Nikosiyada keçirilən “Cyprus International 2023” beynəlxalq turnirində uğurla çıxış ediblər. 

Təmsilçilərimizdən Əli Gözəlov 15 yaşadək oğlan badmintonçuların şəxsi yarışında qızıl medala sahib çıxıb. 15 yaşadək badmintonçu­ların şəxsi yarışında finala kimi irəliləyən Leyla Camalzadə isə ikinci yeri tutub. Leyla Camalza­də-Aysu Kərimzadə tandemi isə bu yaş kateqori­yası üzrə qızların qoşa yarışında finalda uduza­raq gümüş medalla kifayətlənib.

15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında Əli Gözəlov və Aysu Kərimza­də, 17 yaşadək badmintonçuların mübarizəsin­də isə Sərxan Bağırov-Əli Gözəlov cütü üçüncü pillələrdə qərarlaşıblar. 

Leyla SABİRQIZI
XQ

İdman