Avropa Rusiyaya sanksiyalardan özü də 1,5 milyard dollar itirib

post-img

Avropa İttifaqında (Aİ) 2013-cü ilə yekun vuraraq, Rusi­yaya qarşı tətbiq etdikləri sank­siyalar nəticəsində dəymiş ziyanı qiymətləndiriblər. RİA “Novosti” xəbər verir ki, Avropa ölkələri il ərzində təkcə qaz alınması üçün 185 milyard avro ödəyiblər. Ümu­milikdə isə get-gedə geri qayıtmaq çağırışlarının daha çox səsləndiyi qoca qitədə, demək olar ki, 1,5 trilyon dollar itki qeydə alınıb.

Qeyd edilir ki, qazın alternativ mənbələr­dən alınmasına keçid ideyası Aİ üçün çox baha başa gəlib. Belə ki, “Avrostat”ın məlu­matlarına görə, idxal orta hesabla ayda 15,2 milyard avroya qədər artıb ki, bunun 7,7 mil­yard avrosu mayeləşdirilmiş təbii qaz və 7,5 milyard avrosu boru kəməri ilə idxal olunan qaz üçün ödənilib. Bundan əvvəl isə bahalaş­ma 5,9 milyard avro olub: boru kəmərləri ilə 3,6 milyard, maye qaz üçün 2,3 milyard avro.

Beləliklə, iki il ərzində itkilər 304 mil­yard avro təşkil edib ki, bunun da 185 mil­yard avrosu ödənilib. Bununla da, sanksiya­ların tətbiqi nəticəsində qazanan faktiki ABŞ və Böyük Britaniya olub: müvafiq olaraq 53 milyard avro və 27 milyard avro.

Bir neçə gün əvvəl, dekabrın 10-da ru­siyalı iqtisadçı Vasili Koltaşov “İzvestiya” qəzetinə şərhində qeyd etmişdi ki, Avropa İttifaqına (Aİ) qaz tədarükünün dayandırıl­masına görə məsuliyyəti Rusiyanın üzərinə qoyan Almaniya Kansleri Olaf Şolts əslində Rusiya Federasiyasını ABŞ-a təslim olma­maqda ittiham edir. Amma Almaniyanın özü artıq Vaşinqtona təslim olub. Kansler əlavə edib ki, Almaniya Rusiya qazından imtina etməklə iqtisadi intihar edib.

Daha əvvəl, oktyabrın 21-də Bundestaqın “Almaniya üçün Alternativ” fraksiyasından deputatı, Almaniya parlamentinin energetika və iqlimin mühafizəsi komitəsinin üzvü Ştef­fen Kotre bildirmişdi ki, hazırda Almaniya qaz təchizatı üçün vaxtilə Rusiyadan aldığı yanacağın müqabilində ödədiyindən daha çox xərc çəkir. Deputatın sözlərinə görə, ABŞ-dan hasil olunan qaz Almaniyanın eko­loji standartlarına uyğun gəlməsə də, ölkə bunun üçün “üç-dörd dəfə” artıq pul ödəyir.

Oktyabrın 11-də Rusiya Prezidenti Vladi­mir Putin də Rusiya Enerji Həftəsinin plenar iclasında bəyan etmişdi ki, Avropa ölkələri Rusiya qazı olmadan keçinə bilmirlər. Rusi­ya özü isə enerji resurslarının praktiki olaraq ixracı üçün Avropa bazarına alternativ tapıb.

Xatırladaq ki, Qərb ölkələri Rusiyanın Donbasda xüsusi hərbi əməliyyata başlaması ilə əlaqədar bu ölkənin enerji resurslarından asılılığı azaltmaq qərarına gəlib. Lakin nəti­cədə bir çox Avropa ölkələrində ciddi enerji böhranı yaranıb.

Paşa ƏMİRCANOV
XQ

Dünya