Avropa İttifaqı (Aİ) dünyada ilk olaraq süni zəka (AI) üzrə kompleks hüquqi paket ilə bağlı razılıq əldə edib.
Belə ki, 36 saat davam edən danışıqlardan sonra Aİ Parlamenti və İttifaqa üzv ölkələr bir sıra məsələlər, o cümlədən üzün tanınması və bu texnologiyadan məhkəmə sistemində istifadə olunması üzrə razılığa gəliblər.
Danışıqlardan sonra Aİ-nin daxili bazar üzrə komissarı Tierry Breton “X” sosial platformasında əldə olunan sazişi “tarixi” adlandırıb. O qeyd edib ki, Avropa süni zəkadan istifadə üçün aydın qaydalar müəyyən edən ilk qitə olacaq.
Müzakirə olunan təklifə bu növ geniş AI xidmətləri üçün təhlükəsizlik tələbləri ilə bağlı qaydalar, eləcə də güclü modellərin sərt tənzimlənməsi daxildir.
XQ

