Rusiya Federasiyasının (RF) Tomsk vilayətində dekabrın 1-dən etibarən müəllimlərə “Votsap”dan xidməti məqsədlər üçün istifadə etmək qadağan edilib. “Gazeta.ru” yazır ki, buna səbəb olaraq, şagirdlərin məxfi informasiyalarının təhlükəsizliyi göstərilib.
Məlumata görə, yeni tələbdən imtina, əmək intizamının pozulması kimi qiymətləndiriləcək. Bildirilir ki, həmkarlar və valideynlərlə təhlükəsiz ünsiyyət üçün müəllimlər RF-nin icra etdiyi “Sferum” rəqəmsal platformasından, həmçinin “VKontakte” mesencerindən istifadə edə bilərlər.
Müəllimlər “Votsap” kimi xarici mesencerlərdə əlaqə saxlamağa davam edərsə, onlara qarşı tədbir görüləcək.
Ayan SƏMƏDQIZI,
tələbə-jurnalist

