“İnter Mayami” futbol klubu mövsümöncəsi matçlarını Səudiyyə Ərəbistanında keçirəcəyini açıqlayıb. Komanda orada 2 oyun keçirəcək. Yanvarın 29-da “İnter Mayami” “Əl-Hilal”, fevralın 1-də isə “Əl-Nəsr”lə qarşılaşacaq.
Maraqlıdır ki, fevralın 1-də “İnter Mayami”də çıxış edən argentinalı hücumçu Lionel Messi “Əl-Nəsr”in şərəfini qoruyan portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə görüşə bilər.
Xatırladaq ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Ronaldo da öz növbəsində 2023-cü il yanvarın 1-dən “Əl-Nəsr”ın oyunçusudur. Portuqaliyalının klubla müqaviləsi də 2025-ci ilə qədərdir.
XQ

