Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş rayonun ərazisində silah-sursatın aşkarlanması istiqamətində tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

