Ermənistan ksenofobiya, antisemitizm və şovinizm ağuşunda

post-img

Ermənistanda hər zaman etnosentrizm, ksenofobiya və millətçilik kimi anlayışlar hakim mövqedə olub. Bu ideologiya dövlət başçıları səviyyəsində də təbliğ edilib. Buna görə də başqa xalqların nümayəndələri Ermənistanda özlərini həmişə yad kimi hiss ediblər. Ermənilər özlərini həmişə güləriz, qonaqpərvər göstərsələr də, monoetnik ölkə kimi həmişə digər millətlərə aqressiv olub, erməni olmayanlara qarşı qəddarlıq nümayiş etdiriblər. Bu günlərdə İrəvanda keçirilən futbol qarşılaşmasından sonra qonaq komandanın azarkeşləri erməni qəddarlığının şahidi olublar. 

AVRO–2024-ün seçmə qrup mər­hələsində İrəvanda keçirilən Ermənis­tan–Uels qarşılaşmasını uelsli azarkeş­lər heç vaxt unutmayacaqlar. Ona görə yox ki, futbol adına gözəl mübarizə, qol anlarını müşahidə etdilər. Əsla! Britani­ya təəbələri Ermənistanda polis vəhşiliyi ilə üzləşiblər və regionun “demokratik” dövlətinin polis “qonaqpərvərliyinin” sərt üzünü görüblər. Belə ki, Uels millisinin azarkeşi Ermənistanda polis tərəfindən, üstəlik, silahla saxlanıldıqdan sonra hə­yatı üçün ciddi qorxu keçirdiyini bildirib. 35 yaşlı Gerin Uilliams adlı şəxs BBC News-ə deyib ki, ötən cümə günü erməni polisi tərəfindən heç bir səbəb olmadan həbs edilib. G.Uilyamsın sözlərinə görə, erməni polisi onu 12 saat yeməksiz və susuz saxlayıb. Bundan əvvəl, uelsli azarkeş həyatı üçün o qədər qorxub ki, şənbə gecəsi Avropa futbol seçmə yarışı başlamazdan əvvəl Vətəninə qayıdıb. 

G.Uilyamsın dediyinə görə, o, oyun ərəfəsində dostları ilə otelə gedərkən həbs edilib: “Yoldan keçərkən çox sayda polis maşınının olması diqqətimi çəkdi. “Mən buna əhəmiyyət vermədim və on­ların arasından keçib getdim, sonra po­lis mənə hücum etdi. Təxminən, beş-altı nəfər idilər, məni yıxdılar, təpiklədilər, əl­lərimi qandallayıb mikroavtobusun arxa­sına atdılar”. Mikroavtobusdan düşəndən sonra polislər G.Uilyams və digər azar­keşləri də bölmələrə aparıblar. “Bölməyə daxil olanda otaq adamla dolu idi, hamını divara söykəyərək, üstlərini yoxlayırdı­lar. Sonra bizi ayrı-ayrı otaqlara apar­dılar”,– deyən uelsli azarkeş əlavə edib ki, bir neçə saat ərzində heç kim onlarla ünsiyyət saxlamayıb: “Bizi sadəcə otaq­lara apardılar və bu otaqda olduğumuz müddətdə bir polis məmuru bizi izləyirdi. O, bizimlə, ümumiyyətlə, danışmadı və əslində, üç saat otaqda yatdı”. 

“Otaq təmiz deyildi, bizi orada sax­ladılar və gözləməyimizi söylədilər. Dur­madan niyə burada olduğumuzu və nə qədər gözləməli olduğumuzu soruşur­duq. Bizə dedilər: bir saat, bir saat, bir saat. Yadımdadır, bir oğlan bir stəkan su istədi və polis tualeti göstərdi və ona gedib oradan içməyi söylədi”. G.Uil­yamsın sözlərinə görə, azarkeşlərdən bəziləri sual verəndə polislər qışqıraraq onları qorxutmağa çalışıblar: “Onlar, həqiqətən, çox qorxudurdular, bir anda polislərdən biri silahla otağa girdi və silahı üzümüzə tuşladı. Onların reaksi­yasından qorxduğumuz üçün sual ver­mək belə istəmədik”. G.Uilyams həbs edildikdə səfirlik ilə əlaqə saxlayaraq kömək istəyib. Səfirliyin nümayəndələri bölməyə gələrək polis nümayəndələri­ni yola gətirməyə çalışıblar. Lakin dip­lomatlar da erməni polis özbaşınalığı ilə üzləşiblər və saxlanılan azarkeşlərə vaxtında hüquqi yardım göstərə bilmə­yiblər. Binada 12 saat qaldıqdan sonra G.Uilyiams və digər azarkeşlər polis böl­məsindən otelə qayıdıblar.

Oteldəki nömrəsində bir az istirahət edən G.Uilyams gecikmədən yaxın­larına zəng etdiyini bildirib: “Yuxudan oyandıqdan sonra qardaşıma və dost­larıma dedim ki, evə getməliyəm, daha burada qalmaq istəmirəm. Beləliklə, biz bilet bron edib Vyanaya, oradan isə evə uçduq. Özümü təhlükəsiz hiss etmirdim, polislərin geri qayıdacağından qorxur­dum və narahat olurdum ki, matça bax­mağa getsəm, yenə belə bir hadisə baş verə bilər. Son bir neçə saat biz orada saxlanılarkən, sadəcə olaraq, canımız üçün qorxurduq. Hətta bir anda qaçma­ğa çalışmaq haqqında düşündük. Bu, dəhşətli təcrübə idi”. Səfirlik rəsmiləri hadisə ilə bağlı polislə əlaqə saxlamağa davam edəcəklərini bildiriblər. 

Göründüyü kimi, ən monoetnik ölkə kimi şovinizm, millətçilik, faşizm və an­tisemitizm kimi mənfi keyfiyyətlər Ermə­nistan cəmiyyətinin bütün təbəqələrinə nüfuz edərək kök salıb. Ksenofobiya, antisemitizm və şovinizm müasir Er­mənistanın qəddar reallığıdır. Onilliklər ərzində Ermənistan davamlı olaraq irq­çilik və ksenofobiya siyasətini davam et­dirərək XXI əsrə bu biabırçı statusla qə­dəm qoyub. İndi Ermənistanı əzizləyən və hər imkanda dəstəkləyən Qərb sa­kinləri erməni qəddarlığını öz dərilərində hiss etmək imkanı tapdılar. 

S.ELAY
XQ

Dünya