“Azərişıq” ASC “0.4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən tək xətt üzrə elektrik axını olan elektron cihazların” satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

post-img

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1. 0.4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən tək xətt üzrə elektrik axını olan elektron cihazların satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

Təşkilat“Azərişıq” ASC

H/h-AZ83AIIB33020029441802068118

VÖEN-9900069391 

Benefisiarın Bankı“Kapital Bank”ın Gənclik filialı 

Kod-200189

VÖEN-9900003611

M/h-AZ37NABZ01350100000000001944

SWIFT Code:AIIBAZ2X

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazı­mi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğ­də iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azər­baycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər. 

Əlaqələndirici şəxs - Emil Əliyev (telefon-440-39-93 daxili 29-18). emil.aliyev@ azerishiq.az 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət. 

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi. 

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qey­diyyatdan keçdiyi ölkə. 

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyest­rindən çıxarış. 

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödə­nişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış. 

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7.İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təs­diq olunmuş arayışı. 

8. İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlə­rinə aid olması ilə bağlı sənəd. 

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. 

10. İddiaçının fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, ye­rinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar. 

11. İddiaçının potensial imkanları haqqında texniki-iqtisadi məlumatlar. 

12. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr). 

13. İddiaçı şirkətin rəhbərinin, habelə işlərini idarə edənlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində məhkum olunmamaları haqqında arayış. 

14. İddiaçının son 3 ildə oxşar işlə bağlı yerinə yetirilmiş ən azı 5 (beş) milyon manatlıq müqavilə haqqında məlumat. 

15. İddiaçının son 3 il ərzində idxal olunmuş elektron ölçü cihazlarının müqaviləsi və yaxud müvafiq təsdiq edici gömrük sənədləri haqqında məlumat. 

16. İddiaçının istehsalçı və yaxud rəsmi nümayədəliklə part­nyorluq müqaviləsi haqqında məlumat. 

Qeyd– tələb olunan sənədlər tam təqdim edilmədiyi halda, iddiaçının ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyi he­sab edilərək müsabiqədən kənarlaşdırılacaqdır. 

Tender təklifi:( zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır). 

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı; (tək­lifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.) 

Sənədlər Azərbaycan dilində 2( iki) nüsxədə (1 əsli və 1 surə­ti tərtib olunmalıdır (xarici dildəki məlumatlar Azərbaycan dilinə tərcümə edilməlidir). 

Arayışların verilmə tarixi cari ay və il üçün qoyulması məc­buridir. 

Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı hal­da surəti notarial qaydada təsdiq edilməlidir.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qa­nununa uyğun həyata keçiriləcəkdir 

(https // etender.gov.az/) 

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank təminatı istisna olmaqla 14 dekabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 dekabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləri 25 dekabr 2023-cü il saat 15.00-da Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır. 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

“Azərişıq” ASC-nin tender komissiyası

Reklam və elan