Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya enerji körpüsüdür

post-img

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan-Bolqarıstan birləşdirici boru kəməri (IGB) vasitəsilə kommersiya əməliyyatlarına başlanılandan bəri 983 milyon kubmetr “mavi yanacaq” nəql olunub.

Bunu IGB-nin layihə operatoru olan İCGB şirkətinin Bolqarıstan üzrə icraçı direktoru Teodora Qeorqiyeva Bakı Enerji Forumunda bildirib.

“IGB Cənub Qaz Dəhlizinin tərkib elementlərindən biridir və onun Av­ropa İttifaqı səviyyəsində əhəmiyyəti var. Kəmər ötən ilin oktyabrında is­tifadəyə verilib. Bu da o deməkdir ki, qeyd olunan infrastruktur vaxtında ha­zırlanıb, ona ehtiyac olan vaxtda quru­lub”, - deyə icraçı direktor qeyd edib.

Xatırladaq ki, Yunanıstan-Bolqa­rıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqa­rıstana nəqlini nəzərdə tutur. “Bulgar­gaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiu­mu ilə müqavilə imzalayıb. Azərbay­canın təbii qazı Bolqarıstanın tələbatı­nın 25-30 faizini ödəyə biləcək.

İqtisadiyyat