Valyuta ehtiyatlarımız 68,5 milyard dollara çatıb

post-img

10 milyard dollar artım hesabına 1,2 milyard dollar xarici borc ödənilib

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, kompleks tədbirlər nəticəsində yaranan, eyni zamanda getdikcə möhkəmlənən makroiqtisadi və maliyyə sa­bitliyi daxili və xarici dövlət borclarının davamlı olaraq azalmasını şərtləndirir. Maliyyə Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar–mart aylarında daxili dövlət borcunun 66,6 milyon manat, xarici dövlət borcunun isə 1 milyard 21 milyon manat ödənilməsi də məhz həmin fikrin bariz ifadəsidir. 

İcrası davam etdirilən layihələr çər­çivəsində təqdim edilən operativ məlu­matlar və əsas ödənişlər nəzərə alın­maqla, bu il aprelin 1-nə xarici dövlət borcu 5 milyard 507 milyon ABŞ dolları ekvivalentində olub. Daxili dövlət bor­calmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaş­dırılması, “Dövlət borcunun idarə edil­məsinə dair orta və uzun müddətli Stra­tegiya”ya uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin hə­yata keçirilməsi nəticəsində cari il ap­relin 1-nə daxili dövlət borcu 16 milyard 416 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin məlumatında, həmçinin cari ilin yanvar–mart ayların­da respublikada dövlət borcuna və öh­dəliklərinə xidmətlə bağlı xərclərin isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çox –1 milyard 88 milyon manat və yaxud dövlət büdcəsində nəzərdə tu­tulan vəsaitin 55,15 faizi qədər olduğu bildirilib.

Ölkəmizin dövlət borcunun azalma­sında strateji valyuta ehtiyatlarının da­vamlı artması da əhəmiyyətli rol oyna­yır. Bununla bağlı qeyd edək ki, 2023-cü ildə ölkəmizin strateji valyuta ehtiyatları­nın 17 faiz, başqa sözlə, 10 milyard dol­lar artaraq 68,5 milyard dollara çatması və bu göstəricinin ÜDM-in 95 faiz sə­viyyəsinə yüksələrək xarici dövlət bor­cunu 10 dəfədən çox üstələməsi nəticə­sində hesabat dövründə Azərbaycanın xarici dövlət borcu 3,5 faiz azalaraq 6,46 milyard dollar (ÜDM-in 8,9 faizi) təşkil edib. 

Bu məqamda onu da xatırladaq ki, cari il mart ayının 31-nə Dövlət Neft Fondunun vəsaitləri 2024-cü ilin əvvə­linə (56 milyard 70 milyon ABŞ dolları) nisbətən 2,3 faiz artaraq 57 milyard 373 milyon ABŞ dolları təşkil edib. Mərkə­zi Bankın valyuta ehtiyatları isə bu ilin mart ayında 4,1 milyon dollar və ya 0,03 faiz artaraq 11 milyard 654,4 milyon dollara yüksəlib. 

Xarici dövlət borcunun davamlı azalmasını şərtləndirən əsas amillər­dən danışarkən onu da qeyd edək ki, bu məsələdə dövlətimizin başçısının 22 iyul 2022 -ci il tarixli müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respubli­kasının 2022–2026-cı illərdə sosial-iq­tisadi inkişaf Strategiyası” böyük əhə­miyyətə malikdir. Strategiyada 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcunun 10 milyard dolla­rı üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulub. 

Yeri gəlmişkən, adı çəkilən sənəd imzalanana qədər xarici dövlət bor­cunun azalması probleminin həllində ölkə Prezidenti tərəfindən 2018-ci il 24 avqust tarixli sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Azər­baycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” mühüm rol oyna­yıb. Lakin ötən dövr ərzində dünyada baş verən müəyyən hadisələr, məsələn, koronavirus pandemiyası ölkəmizin makroiqtisadi sabitliyinə, məşğulluq və sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir göstərib. Daha sonra isə iş­ğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa­sı və yenidən qurulması zərurətindən irəli gələn yeni sosial-iqtisadi çağırışlar meydana gəlib. Bütün bunlar isə “Azər­baycan Respublikasında dövlət borcu­nun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da müəyyən düzəlişlər aparılması ilə nəticələnib. 

Bu məqamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priori­tetlər”də ifadə olunan bir məsələni də vurğulamaq yerinə düşərdi. Belə ki, adı çəkilən milli prioritetlərdə bildirilir ki, daxili borcun idarə edilməsi ölkədə maliyyə bazarlarının inkişafını dəstək­ləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunmalı, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndiril­məli və bu əsaslarda dövlət borcunun idarəedilməsi təşkil olunmalıdır.

Bax, elə bütün bunlara görə də ha­zırda istər daxili, istərsə də xarici bor­cun qarşılanması makroiqtisadi sabitli­yin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasının gerçəkləşdirilməsi, idarəetmənin institusional çərçivəsinin təkmilləşdirilməsi və maliyyə bazarla­rının səmərəli fəaliyyət göstərmələri diqqətdə saxlanılır. Nəticə isə xarici dövlət borcunun azalmasını əks etdirən müsbət dinamika ilə müşahidə olunur. 

Beləliklə, “Azərbaycan 2030: sosi­al-iqtisadi inkişafa dair Milli Prioritetlər”­də yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edil­məsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddi­nin 2024-cü ilin sonuna 24 faiz müəy­yənləşdirilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət bor­cunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddinin 30 faiz səviyyəsində olması zərurət yarandığı bildirilir. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat